Close

Vardanyan ömrünün sonunadək həbsdə qalacaq

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı xəbərə əsasən, Ruben Vardanyanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu ittihamlarla terrorçu Vardanyanı hansı cəza gözləyir?

TNS Cinayət Məcəlləsində həmin maddələr üzrə nəzərdə tutulmuş cəzaları araşdırıb.

Məcəlləyə əsasən, terrorçuluğu maliyyələşdirmə (214-1) cinayəti törətmiş şəxslər əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma (279.3) cinayətini törədən şəxslərə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilir.

Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməyə (318) görə isə 5 ilədək həbs cəzası nəzərdə tutulub.

Beləliklə, Vardanyanın ömürlük həbs cəzasına məhkum olunacağı demək mümkündür.