Close

Türkiyənin Milli Təhlükəsizlik Şurasında Qarabağdakı vəziyyət müzakirə ediləcək

Bu günTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası keçiriləcək.

TNS xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.

Bildirilib ki, iclasda ilk dəfə olaraq Türkiyə Silahlı Qüvvələrinə yeni təyin olunmuş komandanlar iştirak edəcək.

İclasda Azərbaycanın Qarabağda apardığı lokal antiterror tədbirləri müzakirə olunacaq.

Bundan əlavə, strateji, regional və milli təhlükəsizlik məsələlərinin, xüsusilə İraq və Suriyanın şimalında aparılan antiterror əməliyyatlarının, habelə ölkə sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin müzakirəsi gözlənilir.