Close

Naxçıvanın daxili işlər nazirinə "general-mayor" rütbəsi verilib? - FOTO

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Süleyman Neymətova polis "general-mayor"u xüsusi rütbəsi verilib.

TNS xəbər verir ki, nazir iyunun 30-da Azərbaycan polisinin yaranmasının 105 illiyi və Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində təntənəli buraxılış mərasiminə general uniformasında qatılıb.

Qeyd edək ki, Süleyman Neymətova "general mayor" xüsusi rütbəsinin verilməsi barədə Prezident sərəncamı hələ elan olunmayıb.

Xatırladaq ki, polkovnik Süleyman Neymətov Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun istefasından sonra ötən ilin dekabr ayında muxtar respublikanın daxili işlər naziri təyin olunub. Bundan əvvəl Süleyman Neymətov Bakı şəhərinin Suraxanı Rayon Polis İdarəsinin rəisi vəzifəsindən çalışırdı.

87039_649ef71b34f97

87039_649ef71b350da_1

87039_649ef71b3504a