Naxçıvan Baş nazirinin yeni müavini kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini təyin edilib.
TNS baş nazirin yeni müavininin dosyesini təqdim edir.
Bəxtiyar Məmmədov 1971-ci ildə Naxçıvanda anadan olub. Naxçıvan şəhər 3 nömrəli orta məktəbdə təhsil alıb. Azərbaycan Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirdikdən sonra “Azərneftyağ” NEZ-də əmək fəaliyyətinə başlayıb. O, 2015-ci ilə kimi zavodda müxtəlif vəzifələrdə çalışıb. 2015-2016-cı illərdə Heydər Əliyev adına Neft Emalı Zavodunda şöbə rəisinin müavini, 2016-2019-cu illərdə Karbamid Zavodunun baş mühəndisi – direktor müavini olub. Bəxtiyar Məmmədov 2019-cu ildə SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru təyin edilib. Son təyinatadək həmin vəzifədə çalışıb.