Close

Emin Uçar müdaxilə etdi, problem öz həllini tapdı – “Maqro” iş adamlarına olan borcunu ödəyir

Bu gün sosial şəbəkələrdə və bəzi media orqanlarında bir sıra iş adamlarının “Maqro” şirkəti ilə bağlı şikayətləri yayılıb. İş adamları deyir ki, onlara gördükləri işin müqabilində alcaqları vəsait bir neçə aydır, ödənilmir.

TNS bununla bağlı şirkətlə əlaqə saxlayıb.

“Maqro”dan bildirilib ki, bu vəsaitlərin gecikməsinin obyektiv səbəbləri var. Bank əməliyyatları ilə bağlı yaranan problemlər, texniki məsələlərin həllinin uzanması iş adamlarına ödəniləcək vəsaitin bir az gecikməsinə səbəb olub.

“Artıq şirkətin borcu yaranan müəssisələrə ödənişlər edilməsinə başlanılıb. Şirkətin rəhbəri Emin Uçar bununla bağlı konkret tapşırıqlar verib. Bu həftə ərzində “Maqro” şirkəti bütün borclarının ödənilməsini həyata keçirəcək. Bizimlə əməkdaşlıq edən iş adamlarından təmkinli olmağı xahiş edirik. Texniki problemlər qısa müddət ərzində öz həllini tapacaq. Bundan sonra şirkətin ödənişlərinin gecikməsi halları müşahidə edilməyəcək”, - “Maqro”dan bildirilib.

Şirkət çətin vaxtda səbrli olmağı bacaran, problemlərin həllinə kömək etmək niyyətində olan iş adamları ilə uzunmüddətli əməkdaşlığını davam etdirəcək.