Close

Ədalət Verdiyev Rahib Qəribə üzr istətdi

“Adını heç zaman heç harda çəkmədiyim halda haqqımda ağlına gələni yazan, lakin yazdıqlarını sübut edə bilməyən Rahib Qəribi məhkəmə üzr istəməyə məhkum etdi”.

TNS xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev bildirib.

Ədalət Verdiyev ona hüquqi yardım göstərən vəkil Xəlil Məmmədliyə təşəkkür edib.

“İddianın YAŞAT fonduna 5000 manat vəsait köçürülməsi hissəsi təmin edilmədiyinə görə apellyasiya şikayəti verəcəyəm. Rahibin üzr istəmə statusunda adımı heç zaman çəkmədiyi barədə dedikləri doğru deyil. Məhkəmədən barışmaq üçün vaxt alan Rahib gecə saat 1.10-dan 1.20-qədər adımı 15 dəfə çəkib. Bu, növbəti, amma cinayət işinin tərkibi olacaq. Çünki Rahib məhkəməni aldadıb. Əldə etdiyi vaxtı mənimlə barışmağa deyil, məni təhqir etməyə sərf edib. İnsanın özünə etdiyi pisliyi kimsə edə bilməz. Dilinə, barmağına və beyninə sahib ola bilməyənlər cəzasını çəkməlidir. Üzürlü hesab edin ki, şəxsi məsələni ictimailəşdirməyə məcbur oldum”, - hərbi ekspert əlavə edib.

Qeyd edək ki, hərbi jurnalist, ehtiyatda olan mayor Rahib Qərib sosial şəbəkə hesabında Ədalət Verdiyevin işgüzar nüfuzuna xələl gətirən status paylaşıb. Hərbi ekspert Ədalət Verdiyev isə onu məhkəməyə verərək üzr istəməsini tələb edib. 

352717984_6192789554172945_1161195788603505655_n