Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri işdən çıxarıldı
175
18:30 - 31 May 2023

Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
TNS xəbər verir ki, bununla bağlı Gömrük Komitəsinin sədri Şahin Bağırov sərəncam imzalayıb.
Digər sərəncamla DGK-nın Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Rauf Rzayev də təqaüdə çıxarılıb.
Komitədən Report-a bildirilib ki, hər iki vəzifəyə hələlik təyinat yoxdur.