Hərbi ekspert legitim hədəfləri açıqladı və molla rejimini ələ saldı: “İranın “qırmızı xətti”ni tapmışam”

“Bu günə mövcud olan real siyasi mənzərə belədir: ABŞ və Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bayden, Putin və Blinken İlham Əliyevi iki gün əvvəl ardıcıl təbrik etdilər. Türkiyədə prezident seçkilərində Ərdoğan qələbə qazandı. İsrail Prezidenti də Bakıdadır. Avropa İttifaqı (qismən Fransa xaric) Azərbaycana qarşı loyal mövqedədir. Böyük Britaniya və Pakistan tamamilə bizimlədir”
TNS xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev bildirib.
Hərbi ekspert qeyd edib ki, İran bizimlə münasibətləri normallaşdırmaq istəyir. "Qırmızı xətt" barədə artıq heç nə eşitmirik.
Onun sözlərinə görə, düşük komandir sayəsində batmaqda olan, "səması və döşəməsi deşik" yelkənsiz gəmiyə bənzəyən bədbəxt Ermənistan isə belə bir vəziyyətdə hələ də "nala və mıxa" vurur. Atəşkəsi pozur, ərazimizə diversant göndərir, amnistiya təklifindən imtina edən Qarabağdakı erməni terrorçularına maddi yardım göstərir.
“Tehranın “qırmızı xətləri”nə Ermənistanda kimsə arxayın olmasın”, - deyən Ədalət Verdiyev molla rejimini və Ermənistanı ələ salıb: “Mən bu xətləri uzun müddət tapa bilmirdim. Sonunda onları Bakı Metropolitenində tapdım: "İçərişəhər" stansiyasında başlayır, "Həzi Aslanov" stansiyasında bitir”.
“Belə bir vəziyyətdə Qarabağdakı erməni terrorçuları və Ermənistandakı revanşistlər Allaha dua etməlidir ki, qaçılmaz "Dəmir Yumruq"dan sağ qurtula bilsinlər. Əlində silah Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən istənilən şəxs təhlükəsizlik qüvvələrimiz üçün legitim hədəfdir”, - hərb ekspert əlavə edib.