Close

Hicran Valehov vəzifəsindən azad edildi

"Azərbaycan Dövlət Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Hicran Valehov işdən çıxarılıb.

TNS Qaynarinfo.az-a istinadla xəbər verir ki, Hicran Valehov dünən vəzifəsindən azad olunub.

Məlumata görə, Hicran Valehovun fəaliyyəti ilə bağlı ciddi nöqsanlar aşkarlanıb. Sədr müavini dünən təm-təraqlı şəkildə yola salınmasına baxmayaraq, vəzifəsinin icrası ilə bağlı hesabat verməli olacaq.