İlham Əliyevin avtomobili Ərdoğanın maşını ilə eyni rənglidir - VİDEO

Türkiyənin yerli avtomobil markası olan “TOGG”un ilk nümunəsi Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.
TNS Türkiyə mediasına istinadən xəbər verir ki, avtomobil Rəcəb Tayyib Ərdoğana və xanımı Əminə Ərdoğana Prezident Külliyesində təşkil edilən mərasimdə hədiyyə edilib.
"TOGG" bu gün Prezident İlham Əliyevə də təqdim olunacaq.
“TOGG”u alan ikinci şəxs Azərbaycan Prezidenti olacaq.
Avtomobilin açarlarını Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank ölkə başçısına verəcək.
Ərdoğan dünən mediaya açıqlamasında İlham Əliyevin avtomobilinin rənginin onun avtomobili ilə eyni olduğunu bildirib.