Kamran Əliyev İlyas İsmayılovla görüşdü
95
16:33 - 20 Mart 2023

Martın 20-də Baş prokuror Kamran Əliyev bu gün 85 illik yubileyini qeyd edən Azərbaycan SSR prokuroru, prokurorluğun veteranı İlyas İsmayılovla görüşüb.
Bu barədə TNS-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Kamran Əliyev İlyas İsmayılova Baş Prokurorluğun kollektivi adından təbriklərini və xoş arzularını çatdırıb, onu “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edib.
Görüş zamanı Kamran Əliyev və İlyas İsmayılov xatirələrini bölüşüb, səmimi söhbətlər edib və sonda xatirə şəkilləri çəkdiriblər.