Baş-ayaq dayanan Azərbaycan siyasətçiləri – MARAQLI FAKTLAR - FOTO

Milli Dövlətçilik Partiyasının (MDP) sədri Nemət Pənahlı TV Müsavatda qonaq olarkən aparıcı Sevinc Telmanqızının xahişi ilə canlı efirdə başı üstə dayanmaqla diqqəti öz üzərinə çəkib.
Uzun illərdən bəri yoqa ilə məşğul olduğunu xatırladan 62 yaşlı siyasətçi bu vəziyyətdə ən azı yarım saat dayana bildiyini deməklə personası ilə bağlı yeni müzakirələrə rəvac verib.
TNS Yenisabah.az-a istinadla bildirir ki, Azərbaycanda N. Pənahlıdan əvvəl də analoji qaydada davranaraq, cəmiyyətdə maraq yaratmış tanınmışlar olub.
Bu sırada birincilik YAP-ın qurucularından olan sabiq nazir, mərhum deputat Sirus Təbrizliyə aiddir. Qocaman siyasətçi 70 yaşını tamamlamasına rəğmən, aktiv şəkildə idmanla məşğul olur, qışda soyuq hovuzda çimir, yoqa hərəkətləri edirdi. İnternet resurslarında S. Təbrizlinin də N. Pənahlı kimi başı üstə dayandığını əks etdirən fotoşəkillər mövcuddur.
Sağlam həyat keçirməyi ilə öyünən məşhurlardan biri də müdafiə sənayesi naziri, general-polkovnik Mədət Quliyevdir. Zəngin hərbçi karyerasına malik olan 65 yaşlı general idmanın bir neçə növü ilə professional şəkildə məşğul olur, yoqa hərəkətləri edir, tez-tez kütləvi idman yarışlarına qatılır. İnternetdə M. Quliyevin başı üstdə dayandığını, hətta ayaqlarını tam açaraq, şpaqat vəziyyətini aldığını əks etdirən görüntülər də var.
Nemət Pənahlı
Sirus Təbrizli
Mədət Quliyev