Close

“Qardaş öpüşü”nün müəllifi vəfat edib - FOTO

Sov.İKP MK-nın baş katibi Leonid Brejnevin ADR Dövlət Şurasının sədri Erix Honekkeri öpərkən təsvir olunduğu Berlin divarındakı qraffiti müəllifi, rus və alman rəssamı Dmitriy Vrubel 63 yaşında vəfat edib.

TNS bu barədə TASS-a istinadən xəbər verir.

Rəssamın ölümünün səbəbi dəqiqləşdirilməyib. İyulun 14-də sənətçinin “Facebook” səhifəsində onun xəstəxanadan çəkilmiş şəkli yayılıb. Rəssamın həyat yoldaşı Viktoriya Timofeyeva iyulun 17-də Vrubelin ürəyinin "qəfldən çox zəiflədiyini" və onun koronavirusa yoluxduğunu bildirib.

Vrubel 1960-cı ildə Moskvada anadan olub. Moskva Dövlət Pedaqoji İnstitutunda (indiki Moskva Dövlət Pedaqoji Universiteti) təhsil alıb. SSRİ Rəssamlar İttifaqının üzvü olub. Onun “Qardaş öpüşü” kimi tanınan qraffitisi Almaniyanın yenidən birləşməsinin və Soyuq Müharibənin başa çatmasının simvollarından birinə çevrilib. Rəssam ömrünün son illərini Almaniyada yaşayıb.