Məşhur serialın aktrisası vəfat etdi

"Northern Exposure", "Big Sky" və "Desperate Housewives" seriallarında, eləcə də "Sully" və "The Favourite" filmlərindəki rolları ilə tanınan amerikalı aktrisa Valeri Mahaffi 72 yaşında Los-Ancelesdə vəfat edib.
TNS xəbər verir ki, bu barədə "The Variety" məlumat verib.
Qeyd olunur ki, "Emmi" mükafatna layiq görülmüş aktrisanın ölüm xəbərini onun əri aktyor Cozef Kell verib. Onun sözlərinə görə, Mahaffi uzun müddətdir xərçənglə mübarizə aparırmış.
V.Mahaffi 1992-ci ildə "Northern Exposure" filmində ən yaxşı komediya roluna görə "Emmi" mükafatına layiq görülüb. Onun ən son işlərindən biri Mişel Pfayffer və Lukas Hedecsin birgə çəkdiyi "French Exit" filmi olub.