Aktyora cinayət işi açıldı

Tamaşaçıların “Plevako” serialından tanıdığı rusiyalı aktyor Vsevolod Volnova qarşı hərbi xidmətdən yayınma ittihamı ilə cinayət işi açılıb.
TNS xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayılıb.
Xəbərə görə, sənətçi 2025-ci ilin aprelində hərbi xidmətə getməli idi, lakin toplanış məntəqəsinə gəlməyib.
Nəticədə ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 328-ci ("Hərbi və alternativ mülki xidmətdən yayınma") maddəsi ilə cinayət işi açılıb.
Bundan əvvəl aktyor Qleb Kalyujnı da oxşar cinayət işində müttəhim olub. O, 6 il çağırışlara məhəl qoymasa da, bu il mayın sonunda xidmətə getməli olub.