Ukrayna İstanbul görüşünə kimləri göndərir?
10
20:40 - 30 May 2025

Ukrayna iyunun 2-də İstanbulda Rusiya tərəfi ilə görüşdə əvvəlki nümayəndə heyəti ilə təmsil olunacaq.
TNS xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmisi Georgi Tixiy deyib.
O bildirib ki, məhz 16 may görüşündə iştirak etmiş nümayəndə heyəti müzakirələrə qatılacaq.
Tixiy əlavə edib ki, Rusiya nümayəndə heyətinin də tərkibinin dəyişməz qalması baxımından bu qərar məntiqlidir.