Close

Hərbi zavodda partlayış baş verdi - Çox sayda yaralanan var

Serbiyada "Kruşik" hərbi zavodunda partlayış baş verib, nəticədə bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

TNS-in məlumatına görə, bu barədə "N1" telekanalı xəbər verir.

Qeyd olunur ki, hadisə nəticəsində yeddi nəfər xəstəxanaya yerləşdirilib.

KİV-in məlumatına görə, partlayış pentaeritrittetranitratın (döyüş sursatları və onların kapsulları üçün istifadə olunan partlayıcı maddə) planlı preslənməsi işləri zamanı baş verib.

Qeyd edək ki, bir gün əvvəl Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) "Kruşik" zavodunda guya Ukrayna üçün döyüş sursatları istehsal olunduğunu bəyan edib.