Qonşu ölkədə 2 güclü zəlzələ oldu
6
10:07 - 30 May 2025

Rusiyada - Kurilin cənub sahillərində iki güclü zəlzələ baş verib.
TNS xəbər verir ki, bu barədə “Yujno-Saxalinsk” seysmoloji stansiyası məlumat yayıb.
Bildirilib ki, mayın 30-na keçən gecə Sakit okeanda silsilə yeraltı təkanlar qeydə alınıb. Onların maqnitudası 4,8 və 4,6 bal təşkil edib. Seysmoloji aktivliyin episentri İturup adasından cənub-şərqdə qeydə alınıb.
Seysmoloji stansiyanın rəsmisi zəlzələlərin yeraltı ocağının dərinliyi barədə məlumat verməyib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.