Close

Rusiya İstanbula kimləri göndərir?

Rusiya nümayəndə heyəti növbəti İstanbul danışıqlarına əvvəlki tərkibdə qatılacaq.

TNS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Zaxarova bu qərarın davamlılıq və mövcud müzakirə formatının qorunması baxımından vacib olduğunu bildirib.

Qeyd edək ki, danışıqların növbəti raundu iyunun 2-də İstanbulda baş tutacaq.