Nigeriyada daşqınlar: 21 nəfər öldü
14
22:40 - 29 May 2025
Nigeriyanın mərkəzində daşqınlar nəticəsində 21 nəfər ölüb, 10 nəfər isə itkin düşüb.
TNS xəbər verir ki, bu barədə “Deyli Nigerian” qəzeti məlumat yayıb.
İlkin məlumata görə, Mokva bölgəsində uzun sürən leysan yağışları daşqınlara səbəb olub. Nəticədə sakinlərlə birlikdə 50 ev su altında qalıb.
Daşqın bölgəsində axtarış-xilasetmə işlərinə başlanılıb.