Close

Putin Kremldə Nazarbayevlə görüşüb

Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə görüşüb.

TNS-in TASS-a istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Bu gün prezident Kremldə Moskvada olan Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə görüşüb", - o bildirib.

Tərəflərin hansı məsələləri müzakirə etdikləri açıqlanmayıb.