Corciya Meloni Qazaxıstana səfər etdi
9
22:00 - 29 May 2025

İtaliyanın Baş naziri Corciya Meloni Qazaxıstana rəsmi səfər edib.
TNS Globalinfo.az-a istinadən xəbər verir ki, qonağı hava limanında Qazaxıstanın Prezidenti Qasım-Jomart Tokayev qarşılayıb.
Tərəflər Astana aeroportunda qısa görüş keçiriblər. Qasım-Jomart Tokayev rəsmi qonağa ölkədə italiyalı sahibkarlarla birgə keçirilən biznes forumu barədə məlumat verib. Meloni “İtaliya-Mərkəzi Asiya” sammitinin təşkilinə görə dövlət başçısına təşəkkür edib.
Qeyd edək ki, bu, Meloninin Qazaxıstana ilk səfəridir.