Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb

Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb.
TNS xəbər verir ki, bu barədə “ExoKavkaza” qondarma qurumun “Dövlət Təhlükəsizlik Xİdməti”nə istinadən məlumat yayıb.
Bildirilib ki, “DTX” Rusiya FTX-nin Sərhəd Departamenti ilə birlikdə Abxaziyanın Qali bölgəsində “dövlət sərhədini qanunsuz keçmək üçün kanal” aşkar edərək iki qrup xarici vətəndaşı saxlayıb.
Məlumata görə saxlanılan Türkiyə vətəndaşları əvvəllər sifarişli qəttlər törətdiyinə görə İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 1997-ci il təvəllüdlü Səlcuq Güren və qətl, eləcə də narkotik alverinə görə axtarışda olan 2001-ci il təvəllüdlü Doğan Bersandır.
Azərbaycan vətəndaşları isə 1974-cü il təvəllüdlü Əzizov Həsən Etibar oğlu və 1990-cı il təvəllüdlü Təhməzli Namaz Təhməz oğludur. “DTX”nın məlumatına görə, Azərbaycan vətəndaşları onlar Gürcüstan ərazisində cinayət məsuliyyətindən yayınmaq üçün Abxaziya ərazisində gizlənməyə cəhd ediblər.
“Azərbaycan vətəndaşlarından fərqli olaraq, Dövlət Təhlükəsizlik Xidməti saxlanılan Türkiyə vətəndaşlarının hara və hansı məqsədlə göndərildiyini dəqiqləşdirməyib”, - məlumatda qeyd edilib.
Qeyd olunub ki, saxlanılan şəxslər barəsində “Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsi”də “cinayət işi” açılıb və iş üzrə 2 ildən 5 ilədək həbs cəzası nəzərdə tutulur.