Close

Ukrayna atəşkəs sənədini Rusiyaya təhvil verib

Ukraynanın müdafiə naziri Rustem Umerov atəşkəslə bağlı memorandumu Rusiya prezidentinin köməkçisi Vladimir Medinskiyə təhvil verdiyini açıqlayıb.

TNS xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin “Telegram” kanalında məlumat verilib.

"Mən Ukraynanın mövqeyini əks etdirən sənədimizi Rusiya nümayəndə heyətinin başçısına verdim. Onlar bu sənədi aldılar. Biz Ukraynanın tam və qeyd-şərtsiz atəşkəsə və gələcək diplomatik işə hazır olduğunu təsdiqləyirik. Biz ruslarla görüşlərin əleyhinə deyilik və onların "memorandumunu" gözləyirik ki, görüş boş qalmasın. Rusiya tərəfinin sənədlərini müzakirə məqsədilə bizə təqdim etməsi üçün ən azı dörd günü var.”, - məlumatda deyilir.