Close

Daha bir azərbaycanlı müharibədə həlak oldu

Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Gəncə sakini həlak olub.

TNS xəbər verir ki, "Unikal"ın məlumatına görə, Gəncə şəhərində anadan olmuş, Rusiya vətəndaşı 1977-ci il təvəllüdlü Orxan Rüstəmov bu illin fevralın 9-da döyüşlərə qatılıb.

Lakin martın 22-i tarixində Rusiya-Ukranya arasında gedən şiddətli döyüşlər zamanı həlak olub. Onun ölüm xəbəri barədə məlumatı mayın 24-də ailəsinə bildiriblər.

Mərhum sabah Gəncə şəhərində dəfn olunacaq.

Qeyd edək ki, Orxan Rüstəmov ailəli olub. Onun iki övladı var.