Tramp Putin və Zelenski ilə üçtərəfli görüşə hazır olduğunu açıqlayıb
15
21:20 - 28 May 2025
ABŞ Prezidenti Donald Tramp, lazım olarsa, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski ilə üçtərəfli görüşə hazırdır.
TNS xəbər verir ki, bunu Amerika lideri Ağ evdə jurnalistlərlə söhbətində təsdiqləyib.
“Əgər bu, vacibdirsə”, – Tramp adı çəkilən üçtərəfli görüşün perspektivlərini şərh etməsi istəniləndə bildirib.
“Hazırkı mərhələdə biz Prezident Putinlə [görüş] üzərində işləyirik. Görək işlər necə gedir. Mənə elə gəlir ki, hər şey yaxşıdır, amma baxaq”, – Amerika lideri qeyd edib.