Putin Tokayevlə energetikanı müzakirə edib
6
20:20 - 28 May 2025

Rusiya Prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.
TNS xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
“Vladimir Putin ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub. Danışıq zamanı ticarət-iqtisadi və enerji sahələrində qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafına dair aktual məsələlər müzakirə edilib”, – məlumatda qeyd olunub.
Bildirilib ki, liderlər müxtəlif səviyyələrdə ikitərəfli əlaqələrin davam etdirilməsi barədə razılığa gəlibər.