Netanyahu İsrailin HƏMAS liderini məhv etdiyini açıqlayıb
8
19:40 - 28 May 2025

İsrail qüvvələri HƏMAS hərəkatının lideri Məhəmməd Sinvarı öldürüb.
TNS N12 telekanalına istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu Knessetdə çıxışı zamanı deyib.
Mayın 13-də İsrail Müdafiə Qüvvələri Xan-Yunis şəhərindəki Avropa Xəstəxanasının altındakı yeraltı qərargahı vurduğunu açıqlayıb. İsrailin dövlət televiziyası Kan xəbər verib ki, hədəf Qəzza zolağında HƏMAS -a və təşkilatın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarına rəhbərlik edən Məhəmməd Sinvar olub.