Close

Ukrayna Almaniya ilə pilotsuz təyyarələrin istehsalına dair razılığa gəldi

Kiyev və Berlin Ukraynanın pilotsuz uçan aparatlarının istehsalına investisiyalar barədə razılığa gəliblər.

TNS-in "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Ukrayna lideri Berlində Almaniya kansleri Fridrix Mertslə görüşündən sonra keçirilən mətbuat konfransında məlumat verib.

"Biz bütün təfərrüatı açıq şəkildə müzakirə etməyəcəyik, lakin bu gün Ukraynada istehsala sərmayə qoyuluşu ilə bağlı razılaşmalar var", - deyə Zelenski bildirib.

Həmçinin o bunun ilk növbədə pilotsuz təyyarələrin istehsalına aid olduğunu qeyd edib.

Öz növbəsində, Fridrix Merts Zelenski ilə görüşü zamanı bəyan edib ki, Almaniya Ukraynaya özünün uzaqmənzilli silahlarının hazırlanmasında dəstək verəcək.