Close

Parisdə İsrail səfirliyi şübhəli bağlama səbəbi ilə mühasirəyə alınıb

İsrailin Parisdəki səfirliyi şübhəli bağlama aşkarlandığı üçün təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

TNS xəbər verir ki, bu barədə Fransa KİV-i məlumat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu dünyanın müxtəlif ölkələrindəki diplomatik nümayəndəliklərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş vermişdi. Bu qərar Vaşinqtondakı Yəhudi Muzeyinin qarşısında iki səfirlik əməkdaşının qətlə yetirilməsindən sonra qəbul olunub.