Zelenskidən Tramp və Putinə TƏKLİF
8
12:26 - 28 May 2025

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və ABŞ prezidentlərinə üçtərəfli görüş keçirməyi təklif edib.
TNS xəbər verir ki, bu barədə Kyiv Post portalı məlumat yayıb.
Məlumata görə, Ukrayna həm texniki səviyyədə, həm də dövlət başçıları səviyyəsində danışıqların istənilən formatına, o cümlədən Donald Tramp, Vladimir Putin və özünün iştirakı ilə üçtərəfli görüşün mümkünlüyünə hazırdır.
Qeyd olunur ki, Ukrayna lideri bu barədə jurnalistlərlə qapalı görüşdə bildirib.