Müdafiə naziri qəzaya düşdü

Çexiyanın müdafiə naziri Yana Çernoxovanın olduğu avtomobil bu gün qəzaya düşüb.
TNS Teleqraf-a istinadən xəbər verir ki, Praqanın mərkəzində iki avtomobil toqquşub.
Hərbi polis maşını işıqları yandırılmış vəziyyətdə hərəkətdə olarkən onu başqa bir mülki avtomobil vurub.
Qeyd olunur ki, Çexiyanın müdafiə naziri tutduğu vəzifəyə görə hərbi maşından və hərbi polisin təmin etdiyi mühafizədən istifadə edir.
Çexiya Müdafiə Nazirliyinin sözçüsü David Şima faktı təsdiqləyib:
"Mən təsdiq edə bilərəm ki, bu gün günorta nazirin avtomobili Praqanın mərkəzində qəzaya düşüb. İştirakçılardan heç biri xəsarət almayıb".