Close

Moskva və Kiyev arasında növbəti danışıqlar Cenevrədə keçirilə bilər

Ukrayna və Rusiya arasında növbəti danışıqlar Cenevrədə keçirilə bilər.

TNS “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq deyib.

"Biz onu Vatikanda keçirmək istəyirdik, lakin ruslar oraya getmək istəmədilər. Buna görə Cenevrə üç liderin - Vladimir Putin, Volodimir Zelenski və Donald Trampın görüşəcəyi növbəti dayanacaq ola bilər. Beləliklə, onlar işləyə və müharibəyə son qoymaq üçün hər hansı bir sənəd imzalaya bilərlər", - o bildirib və Rusiyanın danışıqlar masasına oturması üçün ona təzyiqləri davam etdirməyin vacibliyini vurğulayıb.