“Onların arasında etimad var”
9
15:51 - 27 May 2025

Türkiyə və Rusiya prezidentləri bir çox sınaqlardan keçiblər.
TNS xəbət verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.
XİN rəhbərinin sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında etimad var və hər iki prezident mühüm qlobal sınaqlardan keçib.
“Onlar uzun illərdir bir-birlərini tanıyırlar, hansı məsələlərdə etimad və fikir ayrılığı olduğunu bilirlər. Fikir ayrılıqlarını yetkin şəkildə aradan qaldırmağı bacarırlar”, - H. Fidan qeyd edib.