Close

Arvadı Makrona niyə şillə vurmuşdu?

Xəbər verdiyimiz kimi, ötən gün Fransa Prezidenti Emmanuel Makronu həyat yoldaşı Bricit Makron şillə ilə vurmuşdu.

TNS xarici KİV-ə istinadla xəbər verir ki, Fransa lideri Vyetnamın Hanoi Hava Limanında baş verən hadisədən danışıb.

o bildirib ki, şəxsi zəmində baş verən bu məsələni siyasi qalmaqala çevirmək lazım deyil: "Hətta bunu siyasi fəlakətə çevirərək müxtəlif nəzəriyyələr də irəli sürürlər”.

Xatırladaq ki, Vyetnamın Hanoy hava limanında çəkilən görüntülərdə prezident təyyarəsinin qapısında Makron görünür. Bu anda Bricit özü də tam kadra düşməsə də, ona yüngül zərbə endirir. Makron təəccüblü görünsə də, tez dönüb onu qarşılayanlara salam verir. Bir müddət sonra prezident və xanımı pilləkənlərlə enirlər.