Close

Sürücü avtomobili insanların üzərinə sürdü - Çox sayda ölən və yaralanan var

Liverpulda avtomobil insan izdihamına çırpılıb.

TNS xəbər verir ki, bu haqda Liverpul polisi məlumat yayıb.

Belə ki, bir nəfər yerli futbol klubunun Premyer Liqa çempionluğunu qeyd edən insan kütləsinin üzərinə avtomobil sürüb.

Sürücü polis tərəfindən saxlanılıb. İnsan tələfatı ilə bağlı hələ ki, rəsmi məlumat verilməyib.

“Daily Telegraph” qəzeti 17 nəfərin öldüyünü yazıb.