Close

Daha bir dəhşətli zəlzələ

Çilidə 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

TNS xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəz bildirib ki, episentr İkike şəhərindən 85 km şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 103 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.