Close

Səfirliyi partlamağı planlaşdıran şəxs həbs edilib

ABŞ vətəndaşı ABŞ-nin Təl-Əvivdəki səfirliyini partlatmağı planlaşdırmaqda şübhəli bilinərək Nyu-York hava limanında həbs edilib.

TNS xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.

ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına görə, həmin şəxs mayın 19-da İsraildə diplomatik nümayəndəliyin binası qarşısında mühafizəçi ilə qarşıdurmadan sonra saxlanılıb.

Axtarış zamanı həmin şəxsin üzərində molotov kokteyli kimi tanınan evdə hazırlanmış üç primitiv yandırıcı vasitə aşkar edilib. Şübhəli şəxs, həmçinin sosial şəbəkə ABŞ və Qərbə qarşı etiraz çağırışları dərc edib və Ağ Ev rəhbəri Donald Trampı həyatı ilə hədələyib.