Close

Dəmir yolunda partlayış

Belqorod vilayətində qatar partlayıcı qurğunun üzərindən keçib və partlayış olub.

TNS xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib.

Partlayıcı qurğunun relslərin altına yerləşdirildiyi müəyyənləşdirilib.

Qubernatorun sözlərinə görə, partlayış nəticəsində dəmir yolu şəbəkəsinə ziyan dəysə də, xəsarət alan olmayıb.

Hadisə yerində təcili xidmətlər işləyir. Qatarların hərəkəti dayandırılıb.