Close

Daha bir dəhşətli zəlzələ - 3 rayonda hiss olundu

Rusiyanın Altay Respublikasında 5,4 bal gücündə zəlzələ baş verib.

TNS xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional qərargahının mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, zəlzələnin episentri Koş-Ağaç rayonunun Qızıl-Taş kəndindən 12 km cənub-şərqdə yerləşib.

"Yeraltı təkanlar Qoş-Ağaç, Ulaqan, Onquday rayonlarında və Qorno-Altaysk şəhərində hiss olunub", - deyə bildirilib.