Close

Azərbaycanəsilli İran rejissorunun filmi Kannda qalib oldu

Azərbaycanəsilli İran rejissoru Cəfər Pənahinin "Sadə təsadüf" filmi Kann Film Festivalında "Qızıl palma budağı" mükafatına layiq görülüb.

TNS xəbər verir ki, film avtomobil qəzasından sonra dustaq həyatı yaşayan bir şəxsin həbsxanadakı ağır həyatından bəhs edir.

Qeyd edək ki, Pənahi 1960-cı ildə Cənubi Azərbaycanın Miyana şəhərində anadan olub. 1995-ci ildə Pənahinin “Ağ şar” filmi “Kann” kinofestivalında “Qızıl kamera” mükafatını qazanıb. Eyni ildə film Nyu York tənqidçilərinin “1995-ci ilin ən yaxşı filmləri” siyahısında da yer alıb.

Rejissorun 2006-cı ildə ekranlara çıxan “Ofsayd” filmi Berlin kinofestivalında “Gümüş ayı” mükafatına layiq görülüb.