Close

Almaniya bu tarixə kimi Rusiyanın hücumuna hazır olmalıdır

Rusiya lideri Vladimir Putin hələ də sülh istəmir.

TNS xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

O, ehtiyatda olan əsgərlərin sayını artırmağa və 2030-cu ilə kimi Moskvanın NATO-ya hücumuna hazır olmağa çağırıb:

"Biz Rusiyadan gələn təhlükəni başa düşürük. Bu, o demək deyil ki, onlar bunu mütləq edəcəklər. Amma o vaxta qədər hərbi hissələr, təlimatçılar və silahlar artıq hazır olmalıdır".