Close

Rusiya bu qədər Ukrayna hərbçisini edam edib

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QUR) əsir götürülmüş ukraynalı hərbçilərin Rusiya ordusu tərəfindən edam edilməsi ilə bağlı 150-dən çox faktı qeydə alıb.

TNS xəbər verir ki, bu barədə sözügedən qurumun yaydığı bəyanatda bildirilib.

“Döyüş meydanında edamların sayı artır. Bir çox hallarda əsirlərin öldürülməsi ilə bağlı birbaşa göstərişlərin verilməsi faktı qeydə alınıb”, - məlumatda qeyd olunub.

Ukrayna ordusunun Baş Kəşfiyyat İdarəsi bunların Rusiya rəhbərliyinin məqsədyönlü siyasətinin tərkib hissəsi olduğunu iddia edib.