Polis helikopteri qəzaya uğradı - Ölənlər var - VİDEO
24
13:40 - 24 May 2025

Tailandda "Bell 212" polis helikopteri qəzaya uğrayıb.
TNS-in xəbərinə görə, bu barədə "Maticon" qəzeti məlumat verib.
Məlumata görə, qəza nəticəsində üç nəfər ölüb.
Hadisə Huahin kurort şəhərindən 40 km cənubda, Praçuapkhirikhan əyalətində baş verib.
Bildirilir ki, bir nəfər paraşütlə tullanaraq xilas ola bilib.
İstintaq qəzanın səbəblərini araşdırır.