Close

20 gündür axtarılan uşağın meyiti tapıldı

Ermənistanda təxminən 20 gün davam edən axtarış-xilasetmə işlərindən sonra 2 yaşlı Tiqranın meyiti bu gün səhər Marmarik çayında tapılıb.

TNS xəbər verir ki, “Hraparak”ın məlumatına görə, uşağın meyiti parçalanmamış, bütöv halda tapılıb.

Xilasedicilər mayın 4-dən Marmarik çayında uşağı axtarırdılar.

Tiqranın itməsi ilə bağlı müxtəlif versiyalar səsləndirlirdi. Bu hadisə Ermənistanda ciddi rezonans doğurmuş və onun oğurlandığı barədə iddialar da yayılmışdı.

Axtarışlara 860-a yaxın xilasedici, o cümlədən dalğıc və kinoloji xidmət əməkdaşları, 490-a yaxın polis əməkdaşı, Marmarik sakinləri və könüllülər cəlb olunmuşdu. Axtarış işlərinin səmərəliliyini artırmaq üçün pilotsuz uçuş aparatları və xilasedici qayıqlardan istifadə edilirdi.