Close

Lavrov: "Rusiya sülh yolu ilə nizamlanma prosesinə sadiqdir"

"Moskva bütün çətinliklərə və Ukrayna tərəfindən Rusiyanın mülki obyektlərinə qarşı kütləvi PUA hücumlarına baxmayaraq, sülh yolu ilə münaqişənin həllinə sadiq qalır".

TNS "TASS"a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“Biz sülh yolu ilə nizamlanmaya sadiq qalırıq. Həmişə danışıqlara açığıq. Rusiya Prezidenti Vladimir Putin bunu dəfələrlə həm ictimai çıxışlarında, həm də xarici liderlərlə apardığı danışıqlarda təsdiqləyib,” – nazir bildirib.