Odessa iki "İsgəndər"lə vuruldu: ölənlər və yaralılar var
23
23:02 - 23 May 2025

Bu gün rus işğalçıları iki ballistik raketlə Odessanın liman infrastrukturuna zərbələr endiriblər .
TNS xəbər verir ki, bu barədə Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb.
Məlumata görə, ruslar iki “İsgəndər-M” ballistik raketindən istifadə ediblər.
Hücum nəticəsində 2 nəfərin öldüyü, 7 nəfərin isə yaralandığı bildirilib.