Vağzalda qadın bıçaqla insanlara hücum etdi: 10-dan çox yaralı var
46
22:03 - 23 May 2025

Almaniyanın Hamburq şəhərinin dəmiryol vağzalında bıçaqlı hücum nəticəsində azı 12 nəfər xəsarət alıb.
TNS xəbər verir ki, bu barədə "Bild" nəşri yazır.
Nəşrin məlumatına görə, zərərçəkənlərdən bəzilərinin vəziyyəti ağırdır.
Bildirilir ki, Almaniya polisi cinayətdə şübhəli qismində bir qadını saxlayıb.