ABŞ məhkəməsi Trampın əcnəbi tələbələrlə bağlı qadağasını blokladı
18
21:40 - 23 May 2025

ABŞ-ın federal məhkəməsi Tramp administrasiyasının Harvard Universitetinə xarici tələbələrin qəbulunu qadağan edən qərarını bloklayıb.
TNS xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd edək ki, mayın 22-də ABŞ Prezidenti Donald Trampın administrasiyası Harvard Universitetinin xarici ölkələrdən tələbə qəbulu icazəsini dayandırıb.
Universitetə qarşı təzyiqlər təhsil ocağında oxuyan fələstinli fəalların İsrailin Qəzza zolağında hərbi əməliyyatlarına qarşı etirazlarından sonra güclənib.