Close

Şamil Basayev dəstəsinin daha bir üzvü saxlanıldı

Rusiyanın hüquq-mühafizə orqanları 1999-cu ildə Dağıstan Respublikasının yaşayış məntəqələrinə hücumlarda iştirak edən Şamil Basayev dəstəsinin daha bir üzvünü saxlayıblar.

TNS xəbər verir ki, bu barədə Rosqvardiyanın saytında məlumat yayılıb.

Araşdırma müəyyən edib ki, saxlanılan şəxs 1999-cu il avqustunda respublikanın Botlix rayonu ərazisində Rusiyanın ərazi bütövlüyünü pozmaq məqsədilə silahlı aksiyada iştirak edib. Ona qarşı cinayət işi açılıb.

Xatırladaq ki, 7 avqust 1999-cu ildə Şamil Basayev və Xəttabın komandanlığı altında silahlı dəstələr Dağıstanın bir sıra rayonlarına daxil olublar. 7-24 avqust tarixlərindəki hücum nəticəsində 33 nəfər həlak olub, 34 nəfər isə yaralanıb.